Azərbaycan, Qazaxıstan və Özbəkistan prezidentlərinin üçtərəfli görüşü oldu - YENİLƏNDİ - FOTO
Siyasət
13.11.2024 14:40
Noyabrın 13-də Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin, Qazaxıstan Respublikasının
Prezidenti Kasım-Jomart Tokayevin və Özbəkistan Respublikasının Prezidenti
Şavkat Mirziyoyevin üçtərəfli görüşü olub.
TodayPress xəbər verir
ki, sonra Azərbaycanın, Qazaxıstanın və Özbəkistanın dövlət başçıları “Azərbaycan
Respublikası, Qazaxıstan Respublikası və Özbəkistan Respublikası hökumətləri
arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq
haqqında Saziş”i imzalayıblar.
Daha sonra prezidentlər
çıxış ediblər.
Azərbaycan Prezidenti
İlham Əliyev dedi:
-Hörmətli Kasım-Jomart
Kemeleviç.
Hörmətli Şavkat
Miromonoviç.
Əziz dostlar.
Bu gün Azərbaycan,
Qazaxıstan və Özbəkistan münasibətlərinin tarixində əlamətdar hadisədir. Üç
qardaş ölkə bu gün öz əməkdaşlığını yeni səviyyəyə qaldırır. Sazişin
imzalanması, deyərdim ki, tarixi hadisədir. Biz ölkələrimiz arasında qardaşlıq
münasibətlərini daha da möhkəmləndiririk və yaşıl enerji sahəsində fəal əməkdaşlıq
edəcəyik. Həmçinin deyərdim ki, imzaladığımız bugünkü Saziş Mərkəzi Asiya və
Qafqaz regionlarının əməkdaşlığında yeni imkanlar açır. Mahiyyət etibarilə, Mərkəzi
Asiya və Qafqaz regionlarında inteqrasiya prosesləri, nəqliyyat, energetika,
ticarətlə bağlı proseslər bu gün deməyə imkan verir ki, bu iki region bir çox məsələlərdə,
o cümlədən yaşıl enerjinin inkişafı sahəsində sinxron fəaliyyət göstərir.
Biz Özbəkistanda,
Qazaxıstanda və Azərbaycanda bərpaolunan enerji mənbələrinin yaradılması üzrə
artıq əldə edilmiş böyük planlar və nəticələr haqqında bilirik. Yəni, biz, belə
demək mümkünsə, paralel kursla gedirik və Xəzərin dibi ilə elektrik kabelinin çəkilməsi
təkcə üç ölkəmiz arasında deyil, həm də daha geniş miqyasda əməkdaşlıqdır.
Dünən konfransdakı
çıxışımda Azərbaycandan Qara dənizin dibi ilə Avropaya kabel xətti çəkməsi ilə
bağlı ölkəmizin artıq həyata keçirilməkdə olan planlarından danışdım. Bu layihənin
texniki-iqtisadi əsaslandırılması tamamlanmaq üzrədir və bununla da biz Mərkəzi
Asiyanı, Qafqazı, Avropanı, Xəzər və Qara dənizləri vahid enerji dəhlizi ilə
birləşdirəcəyik. Xüsusilə sevindirici haldır ki, bu Saziş hər zaman bir-birinə
yaxın olan üç qardaş ölkə arasında imzalanır. Özbəkistanla münasibətlərimiz bu
il müttəfiqlik münasibətləri səviyyəsinə çatıb, müvafiq saziş imzalanıb.
Qazaxıstanla artıq uzun müddətdir ki, strateji tərəfdaş kimi əməkdaşlıq edirik.
Qarabağın bərpasında bizə ilk yardım edən ölkələr Özbəkistan və Qazaxıstandır.
Füzulidə Mirzə Uluqbəy adına məktəb, Kurmanqazı adına yaradıcılıq mərkəzi bu
gün qardaşlığımızın bariz sübutudur. Əminəm ki, biz gələcəkdə də həmişə bir
yerdə olacağıq və bir-birimizi dəstəkləyəcəyik. Əziz dostlarım, qardaşlarım
Şavkat Miromonoviçə, Kasım-Jomart Kemeleviçə COP29-da iştirak etdiklərinə və öz
iştirakları və dəyərli fikirləri, mesajları ilə tədbirimizi zənginləşdirdiklərinə
görə minnətdaram.
Əziz dostlarıma bir daha təşəkkür etmək istəyirəm. Həmçinin bu gün burada iştirak edən əziz dostumuz, Səudiyyə Ərəbistanının nazirinə və Səudiyyə Ərəbistanından olan bütün dostlarımıza minnətdarlığımı ifadə edirəm. Dünən haqqında danışdığım “ACWA Power” şirkəti bizim yaxşı tərəfdaşımız, investorumuzdur və həm Azərbaycanda, həm də Mərkəzi Asiyada fəaliyyət göstərir. Ona görə də bu gün bu mərasimdən sonra əməkdaşlığımızı genişləndirən daha bir mərasim olacaq. Bu, Yaxın Şərqi, Mərkəzi Asiyanı, Xəzər regionunu, Qafqazı, Qara dənizi və Avropanı əhatə edir.
Beləliklə, mən bizim
hamımızı təbrik edirəm və arzum budur ki, bu layihənin tezliklə həyata keçirilməsinin
şahidi olaq. Sağ olun.
***
Qazaxıstan Prezidenti
Kasım-Jomart Tokayev dedi:
-Hörmətli İlham Heydər
oğlu.
Hörmətli Şavkat
Miromonoviç.
Xanımlar və cənablar.
Bu gün biz davamlı
inkişaf üçün ümumi səylərimizin tarixində yeni səhifə açırıq. Strateji tərəfdaşlıq
Sazişinin imzalanması Mərkəzi Asiya və Cənubi Qafqaz regionlarının inkişafı üzrə
üçtərəfli əməkdaşlıqda mühüm mərhələdir. Sənəd dövlətlərimizin enerji sistemlərinin
inteqrasiyası, habelə ekoloji cəhətdən təmiz enerjinin Avropaya və digər
bazarlara çatdırılması üzrə etibarlı dəhlizlərin yaradılmasında yeni imkanlar
açır. Qazaxıstan böyük tranzit ərazi kimi burada son dərəcə mühüm rol oynayır.
Bu Sazişin praktiki nəticələri Orta Dəhlizin iqtisadiyyatlarımızı birləşdirən
yaşıl körpü qismində inkişafına töhfə verəcək. Bu əsas sahədə sıx əməkdaşlıq üç
dövlət arasında təcrübə və qabaqcıl texnologiyalar mübadiləsini gücləndirəcək və
enerji təhlükəsizliyimizin gələcəkdə də möhkəmləndirilməsinə kömək edəcək.
Yaşıl enerji karbon
neytrallığına doğru irəliləyən Qazaxıstan üçün prioritet istiqamətdir. Biz
qazıntı resurslarından asılılığımızı azaltmaq, texnoloji yenilikləri inkişaf
etdirmək və ekoloji davamlılığımızı dəstəkləyə biləcək infrastruktur yaratmaq
üçün fəal işləyirik. Qazaxıstan xarici tərəfdaşlarla ümumi gücü 43 giqavat olan
yaşıl layihələrin həyata keçirilməsinə dair razılaşmalar əldə edib.
Mən burada Səudiyyə Ərəbistanının
energetika nazirini, eləcə də tanınmış “ACWA Power” şirkətinin nümayəndələrini
salamlamaq istərdim. Əməkdaşlığınıza görə sizə minnətdarıq.
Əziz dostlar, bugünkü
Saziş ortaq məsuliyyət, qarşılıqlı etimad və strateji tərəfdaşlığın dərk edilməsinin
dünyanı yaxşılığa doğru necə dəyişdirdiyinin parlaq nümunəsi olacaqdır.
Yekun olaraq, İlham
Heydər oğluna və Şavkat Miromonoviçə, həmçinin danışıqlar prosesinin bütün
iştirakçılarına bu gün nəticələrini müşahidə edə biləcəyimiz səmərəli işə görə
səmimi təşəkkürümü bildirmək istəyirəm.
Planlarımızın həyata
keçirilməsində hamımıza uğurlar arzulayıram, onlar mahiyyət etibarilə çox
perspektivli, hətta deyərdim ki, iddialıdır. Qoy bu strateji tərəfdaşlıq gələcək
nailiyyətlərin bünövrəsinə çevrilsin və regionun, bütövlükdə dünyanın davamlı
inkişafı üçün yeni imkanlar açsın. Diqqətinizə görə təşəkkür edirəm.
***
Özbəkistan Prezidenti
Şavkat Mirziyoyev dedi:
-Hörmətli İlham Heydər
oğlu.
Hörmətli Kasım-Jomart
Kemeleviç.
Sizi salamlayıram. Əvvəlcə,
Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Sammitinin uğurla keçirilməsi
münasibətilə hörmətli İlham Heydər oğlunu bir daha təbrik etmək istərdim. Biz
hamımız gördük ki, bu, Azərbaycanın nüfuzunun tanınmasıdır. Regionumuzda ilk dəfədir
ki, belə möhtəşəm tədbir keçirilir və bu, Azərbaycanın qlobal miqyasda ən yüksək
nüfuzunun bariz göstəricisidir. Bu gün biz Avropaya birlikdə yeni yaşıl enerji
dəhlizi yaradırıq. Bu da tarixi hadisədir. Mən də fürsətdən istifadə edərək,
çox işlər görən və görməyə çalışan Səudiyyə Ərəbistanının energetika nazirini təbrik
etmək istəyirəm. Biz üç ölkə çox mehriban əməkdaşlıq edirik, Səudiyyə Ərəbistanı
və “ACWA Power” şirkəti Özbəkistanda da çox iş görür. Mən çox minnətdaram ki,
onlar bunu məmnuniyyətlə həyata keçirirlər və regionumuzda çox fəal iştirak
edirlər.
Bərpaolunan enerji təkcə
iqtisadi məqsəd deyil. Bu, bizim gələcəyə verdiyimiz töhfədir, gələcək nəsillər
qarşısında məsuliyyət hissimizin nəticəsidir. Mən bu layihənin ekoloji əhəmiyyətini
xüsusilə qeyd etmək istərdim. Nəql ediləcək enerji külək və Günəş enerjisidir,
iqlimə təsiri azaltmağa kömək edəcək bərpaolunan və təmiz mənbədir. Bununla biz
Paris Sazişi çərçivəsində iqlimin qorunması üzrə birgə səyləri və Dayanıqlı
İnkişaf Məqsədlərinə nail olmağı dəstəkləyirik. Ölkələrimiz əhəmiyyətli dərəcədə
bərpaolunan enerji resurslarına malikdir və qlobal enerji keçidinə mühüm töhfə
verə bilər. Özbəkistanda bu istiqamətdə genişmiqyaslı işlər aparılır, yaşıl
enerjinin inkişafı üçün böyük proqram qəbul edilib. Biz 2030-cu ilədək bərpaolunan
enerji mənbələrinin payını 40 faizə çatdırmağı, həmçinin 4,2 giqavatlıq
enerjisaxlama sistemləri yaratmağı planlaşdırırıq. Bundan başqa, ilin sonunadək
biz əlavə olaraq 2,6 giqavat bərpaolunan enerji və 300 meqavat enerjisaxlama
sistemlərini şəbəkəyə birləşdirəcəyik. Hər il təxminən 2 giqavat Günəş və külək
enerjisi istehsal etmək gücünü işə salırıq.
Hörmətli tədbir
iştirakçıları, bu layihənin həyata keçirilməsinin iqtisadi səmərəsini dövlətlərimizin
hamısı hiss edəcək. Minlərlə iş yeri açılacaq, enerji infrastrukturu inkişaf
etdiriləcək, texnoloji və biznes əlaqələri genişlənəcək və bunun əsas nəticəsi
olaraq əhalimizin həyat səviyyəsi yüksələcək. Bu layihənin icrasını sürətləndirmək
üçün qarşımızda bir sıra mühüm vəzifələr durur. Bu, çox böyük və iddialı layihədir,
biz bu iddialı layihənin həyata keçirilməsini sürətləndirmək üçün hər şeyi edəcəyik.
Bu, birgə müəssisənin yaradılması, texniki-iqtisadi əsaslandırmanın
hazırlanması, maliyyələşdirmə mənbələrinin və tender prosedurlarının
razılaşdırılmasıdır. Biz, bütün iştirakçılar bu prosesləri mümkün qədər sürətləndirməliyik.
Mən bu mühüm regional layihənin birgə həyata keçirilməsinə sadiqliyimizi bir
daha təsdiqləmək istərdim.
***
Daha sonra Azərbaycan,
Qazaxıstan və Özbəkistan prezidentlərinin iştirakı ilə Azərbaycan, Qazaxıstan,
Özbəkistan, Səudiyyə Ərəbistanı Krallığı arasında “Yaşıl enerjinin inkişafı və
ötürülməsi sahəsində əməkdaşlıq üzrə Azərbaycan Respublikasının, Qazaxıstan
Respublikasının, Özbəkistan Respublikasının və Səudiyyə Ərəbistanı Krallığının
Energetika nazirlikləri arasında İcra Proqramı”nın imzalanması mərasimi olub.
İmzalanma mərasimindən
sonra Azərbaycan Prezidenti İlham Əliyevin, Qazaxıstan Prezidenti Kasım-Jomart
Tokayevin, Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin və Səudiyyə Ərəbistanının
energetika naziri şahzadə Əbdül Əziz bin Salman Əl-Səudun görüşü keçirilib.
***
13.13
Noyabrın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin üçtərəfli görüşü olub.
TodayPress xəbər verir
ki, sonra Azərbaycanın, Qazaxıstanın və Özbəkistanın dövlət başçıları “Azərbaycan
Respublikası, Qazaxıstan Respublikası və Özbəkistan Respublikası hökumətləri
arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq
haqqında Saziş”i imzalayıblar.
Daha sonra prezidentlər
çıxış ediblər.
Azərbaycan Prezidenti
İlham Əliyev dedi:
-Hörmətli Kasım-Jomart
Kemeleviç.
Hörmətli Şavkat
Miromonoviç.
Əziz dostlar.
Bu gün Azərbaycan,
Qazaxıstan və Özbəkistan münasibətlərinin tarixində əlamətdar hadisədir. Üç
qardaş ölkə bu gün öz əməkdaşlığını yeni səviyyəyə qaldırır. Sazişin imzalanması,
deyərdim ki, tarixi hadisədir. Biz ölkələrimiz arasında qardaşlıq münasibətlərini
daha da möhkəmləndiririk və yaşıl enerji sahəsində fəal əməkdaşlıq edəcəyik. Həmçinin
deyərdim ki, imzaladığımız bugünkü Saziş Mərkəzi Asiya və Qafqaz regionlarının əməkdaşlığında
yeni imkanlar açır. Mahiyyət etibarilə, Mərkəzi Asiya və Qafqaz regionlarında
inteqrasiya prosesləri, nəqliyyat, energetika, ticarətlə bağlı proseslər bu gün
deməyə imkan verir ki, bu iki region bir çox məsələlərdə, o cümlədən yaşıl
enerjinin inkişafı sahəsində sinxron fəaliyyət göstərir.
Biz Özbəkistanda,
Qazaxıstanda və Azərbaycanda bərpaolunan enerji mənbələrinin yaradılması üzrə
artıq əldə edilmiş böyük planlar və nəticələr haqqında bilirik. Yəni, biz, belə
demək mümkünsə, paralel kursla gedirik və Xəzərin dibi ilə elektrik kabelinin çəkilməsi
təkcə üç ölkəmiz arasında deyil, həm də daha geniş miqyasda əməkdaşlıqdır.
Dünən konfransdakı
çıxışımda Azərbaycandan Qara dənizin dibi ilə Avropaya kabel xətti çəkməsi ilə
bağlı ölkəmizin artıq həyata keçirilməkdə olan planlarından danışdım. Bu layihənin
texniki-iqtisadi əsaslandırılması tamamlanmaq üzrədir və bununla da biz Mərkəzi
Asiyanı, Qafqazı, Avropanı, Xəzər və Qara dənizləri vahid enerji dəhlizi ilə
birləşdirəcəyik. Xüsusilə sevindirici haldır ki, bu Saziş hər zaman bir-birinə
yaxın olan üç qardaş ölkə arasında imzalanır. Özbəkistanla münasibətlərimiz bu
il müttəfiqlik münasibətləri səviyyəsinə çatıb, müvafiq saziş imzalanıb.
Qazaxıstanla artıq uzun müddətdir ki, strateji tərəfdaş kimi əməkdaşlıq edirik.
Qarabağın bərpasında bizə ilk yardım edən ölkələr Özbəkistan və Qazaxıstandır.
Füzulidə Mirzə Uluqbəy adına məktəb, Kurmanqazı adına yaradıcılıq mərkəzi bu
gün qardaşlığımızın bariz sübutudur. Əminəm ki, biz gələcəkdə də həmişə bir
yerdə olacağıq və bir-birimizi dəstəkləyəcəyik. Əziz dostlarım, qardaşlarım
Şavkat Miromonoviçə, Kasım-Jomart Kemeleviçə COP29-da iştirak etdiklərinə və öz
iştirakları və dəyərli fikirləri, mesajları ilə tədbirimizi zənginləşdirdiklərinə
görə minnətdaram.
Əziz dostlarıma bir
daha təşəkkür etmək istəyirəm. Həmçinin bu gün burada iştirak edən əziz
dostumuz, Səudiyyə Ərəbistanının nazirinə və Səudiyyə Ərəbistanından olan bütün
dostlarımıza minnətdarlığımı ifadə edirəm. Dünən haqqında danışdığım “ACWA
Power” şirkəti bizim yaxşı tərəfdaşımız, investorumuzdur və həm Azərbaycanda, həm
də Mərkəzi Asiyada fəaliyyət göstərir. Ona görə də bu gün bu mərasimdən sonra əməkdaşlığımızı
genişləndirən daha bir mərasim olacaq. Bu, Yaxın Şərqi, Mərkəzi Asiyanı, Xəzər
regionunu, Qafqazı, Qara dənizi və Avropanı əhatə edir.
Beləliklə, mən bizim
hamımızı təbrik edirəm və arzum budur ki, bu layihənin tezliklə həyata keçirilməsinin
şahidi olaq. Sağ olun.
***
Sonra Qazaxıstan
Prezidenti Kasım-Jomart Tokayev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev
çıxış etdilər.
Daha sonra Azərbaycan,
Qazaxıstan və Özbəkistan prezidentlərinin iştirakı ilə Azərbaycan, Qazaxıstan,
Özbəkistan, Səudiyyə Ərəbistanı Krallığı arasında “Yaşıl enerjinin inkişafı və
ötürülməsi sahəsində əməkdaşlıq üzrə Azərbaycan Respublikasının, Qazaxıstan
Respublikasının, Özbəkistan Respublikasının və Səudiyyə Ərəbistanı Krallığının
Energetika nazirlikləri arasında İcra Proqramı”nın imzalanması mərasimi olub.
İmzalanma mərasimindən
sonra Azərbaycan Prezidenti İlham Əliyevin, Qazaxıstan Prezidenti Kasım-Jomart
Tokayevin, Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin və Səudiyyə Ərəbistanının
energetika naziri şahzadə Əbdül Əziz bin Salman Əl-Səudun görüşü keçirilib.
***
11.29
Noyabrın 13-də Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin, Qazaxıstan Respublikasının
Prezidenti Kasım-Jomart Tokayevin və Özbəkistan Respublikasının Prezidenti
Şavkat Mirziyoyevin üçtərəfli görüşü olub.
TodayPress xəbər verir
ki, sonra Azərbaycanın, Qazaxıstanın və Özbəkistanın dövlət başçıları “Azərbaycan
Respublikası, Qazaxıstan Respublikası və Özbəkistan Respublikası hökumətləri
arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq
haqqında Saziş”i imzalayıblar.
Daha sonra prezidentlər
çıxış ediblər.
Sonra Azərbaycan,
Qazaxıstan və Özbəkistan prezidentlərinin iştirakı ilə Azərbaycan, Qazaxıstan,
Özbəkistan, Səudiyyə Ərəbistanı Krallığı arasında “Yaşıl enerjinin inkişafı və
ötürülməsi sahəsində əməkdaşlıq üzrə Azərbaycan Respublikasının, Qazaxıstan
Respublikasının, Özbəkistan Respublikasının və Səudiyyə Ərəbistanı Krallığının
Energetika nazirlikləri arasında İcra Proqramı”nın imzalanması mərasimi olub.
İmzalanma mərasimindən
sonra Azərbaycan Prezidenti İlham Əliyevin, Qazaxıstan Prezidenti Kasım-Jomart
Tokayevin, Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin və Səudiyyə Ərəbistanının
energetika naziri şahzadə Əbdül Əziz bin Salman Əl-Səudun görüşü keçirilib.
tag: İlham Əliyev, Prezident,Qazaxıstan, Özbəkistan,Şavkat Mirziyoyev,Kasım-Jomart Tokayev,todaypress.az,