Azərbaycan Prezidentinin təyyarəsini Pakistan qırıcıları müşayiət etdi - YENİLƏNDİ
Siyasət
11.07.2024 15:23
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 11-də Pakistan İslam Respublikasına dövlət səfərinə gedib.
TodayPress xəbər verir ki, Azərbaycan Prezidentinə xüsusi hörmət əlaməti olaraq dövlət başçısının təyyarəsini Pakistanın hava məkanında bu ölkənin Hərbi Hava Qüvvələrinin qırıcı təyyarələri qarşılayıb və enənədək müşayiət edib.
Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Pakistan Hərbi Hava Qüvvələrinin Nur Xan bazasında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Azərbaycan Prezidentinin şərəfinə toplardan yaylım atəşi açılıb.
Prezident İlham Əliyevi Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif qarşılayıb.
Sonra Azərbaycan Prezidenti və Pakistanın Baş naziri görüşüblər.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 11-də İslamabadda milli abidəni də ziyarət edib.
tag: Prezident, İlham Əliyev, Pakistan, Səfər, Hərbi Hava Qüvvələri,Şahbaz Şərif, todaypress.az,
![photo](/uploads/news/668fc0cd64805.jpg)