Azərbaycan Prezidenti: Ümid edirik ki, bu il biz AÇG-də “Dərin Qaz” layihəsindən ilk qazı alacağıq
Siyasət
07.01.2025 23:13
Ümid edirik ki, bu il biz
AÇG-də “Dərin Qaz” layihəsindən ilk qazı alacağıq və bu, bütövlükdə qaz
hasilatına gözəçarpan töhfə olacaq.
TodayPress xəbər
verir ki, bu sözləri Prezident İlham Əliyev yanvarın 7-də yerli televiziya
kanallarına müsahibəsində söyləyib.
“Bununla belə,
“Şahdəniz”in hələ də əsas qazı təchiz edən yataq kimi qalacağını nəzərə alsaq,
biz “Abşeron”da qaz hasilatının 1,5-dən 5 milyard kubmetrə qədər artırılması
məqsədilə tərəfdaşlarla çalışmağı planlaşdırırıq” deyən dövlətimizin başçısı
əlavə edib ki, bununla yanaşı, “Qarabağ”, “Babək”, “Asiman” və digər yataqlar
kimi çox perspektivli layihələr var. Bu, potensialımızı artıracaq.
tag: AÇG, Dərin Qaz,İlham Əliyev, Prezident, Şahdəniz, Abşeron, todaypress.az,