Azərbaycan Prezidenti İlham Əliyev Rusiyaya səfərə gəldi - FOTOLAR

Siyasət

07.10.2024 17:10

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün oktyabrın 7-də Rusiya Federasiyasına səfərə gəlib.

TodayPress xəbər verir ki, Moskva şəhərinin Vnukovo-2 Beynəlxalq Hava Limanında Azərbaycan Prezidentini Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin və digər rəsmi şəxslər qarşılayıblar.

tag: İlham Əliyev, Prezident,Rusiya,Səfər,todaypress.az,

photo
photo