Azərbaycan Prezidenti: COVID dövründə 80-dən artıq ölkəyə kömək etdik

Siyasət

13.03.2025 11:10

1999

Biz dörd il ərzində Qoşulmama Hərəkatında sədrlik etdik, təşkilatda 120 ölkə var. Biz COVID dövründə müxtəlif vəziyyətlərdə üzv dövlətlərə dəstək verirdik. Humanitar və maliyyə yardımına gəldikdə, 80-dən artıq ölkəyə kömək etdik. 

TodayPress xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında söyləyib. 

Dövlətimizin başçısı qeyd edib:

“Eyni zamanda, biz Avropadakı tərəfdaşlar ilə fəal əlaqələri saxlayırdıq. Bütün bunlar bir növ Qlobal Cənub ilə Qlobal Şimal arasında körpülərin salınmasına bənzəyirdi”.

tag: Prezident,İlham Əliyev,Bakı,Qlobal,Forum,Todaypress.az,