Azərbaycan-Özbəkistan sənədləri imzalandı - YENİLƏNDİ
Siyasət
23.08.2024 14:16
Avqustun 23-də Daşkənddə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin iştirakı ilə Azərbaycan-Özbəkistan sənədlərinin imzalanması mərasimi olub.
TodayPress xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev “Azərbaycan
Respublikası ilə Özbəkistan Respublikası arasında müttəfiqlik münasibətləri
haqqında Müqavilə”ni imzaladılar.
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının
Prezidenti Şavkat Mirziyoyev “Azərbaycan Respublikasının və Özbəkistan
Respublikasının Ali Dövlətlərarası Şurasının birinci iclasının Qərarı”nı qəbul
etdilər.
“Azərbaycan
Respublikasının Dövlət Turizm Agentliyi ilə Özbəkistan Respublikasının
Ekologiya, Ətraf Mühitin Mühafizəsi və İqlim Dəyişikliyi Nazirliyi yanında
Turizm Komitəsi arasında 2024-2026-cı illər üzrə turizm sahəsində Fəaliyyət
Planı”nı Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin sədri Fuad
Nağıyev və Özbəkistan Respublikasının Turizm Komitəsinin sədri Umid Şadiyev
imzaladılar.
“Azərbaycan
Respublikasının Mədəniyyət Nazirliyi ilə Özbəkistan Respublikasının Mədəniyyət
Nazirliyi arasında 2024-2026-cı illər üçün mədəni-humanitar əməkdaşlıq üzrə Yol
xəritəsi”ni Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli və Özbəkistan
Respublikasının mədəniyyət naziri Ozodbek Nazarbekov imzaladılar.
“Azərbaycan
Respublikasının Elm və Təhsil Nazirliyi ilə Özbəkistan Respublikasının Məktəbəqədər
və Ümumi Təhsil Nazirliyi arasında məktəbəqədər və ümumi təhsil sahəsində əməkdaşlıq
haqqında Protokol”u Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov
və Özbəkistan Respublikasının məktəbəqədər və ümumi təhsil naziri xanım Xilola
Umarova imzaladılar.
“Azərbaycan
Respublikasının Elm və Təhsil Nazirliyi ilə Özbəkistan Respublikasının Ali təhsil,
Elm və İnnovasiyalar Nazirliyi arasında peşə təhsili, orta ixtisas, ali təhsil
və elm sahəsində əməkdaşlıq haqqında Protokol”u Azərbaycan Respublikasının
xarici işlər naziri Ceyhun Bayramov və Özbəkistan Respublikasının ali təhsil,
elm və innovasiyalar naziri Konqratbay Şaripov imzaladılar.
“Azərbaycan
Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar
üzrə Dövlət Agentliyi ilə Özbəkistan Respublikasının Ədliyyə Nazirliyi arasında
2024-2026-cı illər üzrə Əməkdaşlıq Proqramı”nı Azərbaycan Respublikasının
Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət
Agentliyinin sədri Ülvi Mehdiyev və Özbəkistan Respublikasının ədliyyə naziri
Akbar Taşkulov imzaladılar.
“Azərbaycan
Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası ilə Özbəkistan
Respublikasının Ədliyyə Nazirliyinin yanında Hüquqşünasların İxtisasının
Artırılması Mərkəzi arasında əməkdaşlıq haqqında Protokol”u Azərbaycan
Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Özbəkistan
Respublikasının ədliyyə naziri Akbar Taşkulov imzaladılar.
“Azərbaycan
Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi ilə Özbəkistan
Respublikasının Ədliyyə Nazirliyi yanında H.Sulaymanova adına Respublika Məhkəmə
Ekspertizası Mərkəzi arasında əməkdaşlıq haqqında Protokol”u Azərbaycan
Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Özbəkistan
Respublikasının ədliyyə naziri Akbar Taşkulov imzaladılar.
“Azərbaycan
Respublikasının Daxili İşlər Nazirliyi ilə Özbəkistan Respublikasının Milli
Qvardiyası arasında əməkdaşlıq haqqında Saziş”i Azərbaycan Respublikasının Özbəkistan
Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Hüseyn Quliyev və Özbəkistan
Respublikasının Milli Qvardiyasının komandanı Rustam Curayev imzaladılar.
“Azərbaycan
Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında Özbəkistan
Respublikası ərazisində müvəqqəti işləyən Azərbaycan Respublikası vətəndaşlarının
və Azərbaycan Respublikası ərazisində müvəqqəti işləyən Özbəkistan Respublikası
vətəndaşlarının əmək fəaliyyəti və hüquqlarının müdafiəsi haqqında Saziş”i Azərbaycan
Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev və Özbəkistan
Respublikasının məşğulluq və yoxsulluğun azaldılması naziri Bexzod Musayev
imzaladılar.
“Azərbaycan
Respublikasının İqtisadiyyat Nazirliyi ilə Özbəkistan Respublikasının
İnvestisiyalar, Sənaye və Ticarət Nazirliyi arasında ticarət-iqtisadi və
investisiya əməkdaşlığının daha da genişləndirilməsi üzrə 2024-2025-ci illər
üçün Praktiki Fəaliyyət Planı”nı (“Yol xəritəsi”) Azərbaycan Respublikasının
iqtisadiyyat naziri Mikayıl Cabbarov və Özbəkistan Respublikasının investisiya,
sənaye və ticarət naziri Laziz Kudratov imzaladılar.
“Azərbaycan
Respublikasının Xarici İşlər Nazirliyi ilə Özbəkistan Respublikasının Xarici
İşlər Nazirliyi arasında 2025-2026-cı illər üzrə Əməkdaşlıq Proqramı”nı Azərbaycan
Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Özbəkistan
Respublikasının xarici işlər naziri Baxtiyor Saidov imzaladılar.
Səfər çərçivəsində,
həmçinin Bakı (Azərbaycan) ilə Daşkənd (Özbəkistan), Beyləqan (Azərbaycan) ilə
Şəhrisəbz (Özbəkistan), Quba (Azərbaycan) ilə Cizak (Özbəkistan) şəhərləri
arasında regionlararası əməkdaşlıq haqqında sənədlər və “Azərbaycan
Respublikasının Dövlət Neft Şirkəti ilə “Uzbekneftegaz” SC arasında Əsas Şərtlər
Sazişi” imzalanıb.
***
13.04
Avqustun 23-də Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin və Özbəkistan Respublikasının
Prezidenti Şavkat Mirziyoyevin iştirakı ilə sənədlərin imzalanması mərasimi
olub.
tag: Azərbaycan, Özbəkistan, Prezident, İlham Əliyev, İmzalanma, todaypress.az,