Azərbaycan Ordusunun mövqeləri Gorus istiqamətindən atəşə tutuldu

Siyasət

09.04.2025 21:01

15

Aprelin 9-u saat 19:25-dən 19:35-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Xəznəvar və Xanazax yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.

Bu barədə TodayPress-ə Müdafiə Nazirliyindən bildirilib.

Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətlərdə adekvat cavab tədbirləri görülüb.

tag: Ordu, Müdafiə Nazirliyi, Atəş, Ermənistan, Azərbaycan,Gorus, Xənəvar,todaypress.az,