Azərbaycan müdafiə naziri türkiyəli həmkarına başsağlığı verdi
Siyasət
22.01.2025 00:09
Azərbaycan Respublikasının müdafiə naziri
general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının milli müdafiə naziri
cənab Yaşar Gülerə başsağlığı ünvanlayıb.
TodayPress xəbər verir ki, başsağlığında
deyilir:
"21 yanvar tarixində, Bolu vilayətinin Kartalkaya
dağ-xizək mərkəzinin otelində baş verən faciəvi yanğın nəticəsində 66 nəfər
insanın həyatını itirməsi və çox sayda insanın xəsarət alması xəbəri bizi
dərindən kədərləndirdi.
Baş vermiş faciəyə görə Sizin, həlak olanların
ailələrinin və yaxınlarının dərdlərinə şərik olur, xəsarət alanlara şəfa
diləyir, Türkiyə xalqına dərin hüznlə başsağlığı verirəm.
Allah rəhmət eləsin".
tag: Zakir Həsənov, Baş Sağlığı, Türkiyə, Nazir, Yanğın, todaypress.az,