Azərbaycan-Misir sənədləri imzalandı - YENİLƏNİB
Siyasət
08.06.2024 13:21
İyunun 8-də Qahirədə Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin və Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisinin
iştirakı ilə Azərbaycan-Misir sənədlərinin imzalanması mərasimi olub.
TodayPress xəbər verir ki, Misirin xarici işlər
naziri Sameh Həssən Şukri və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov
“Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə Misir Ərəb Respublikasının
Gənclər və İdman Nazirliyi arasında gənclər və idman sahələrində əməkdaşlıq
haqqında Anlaşma Memorandumu”nu və “Azərbaycan Respublikasının Bakı Şəhər İcra
Hakimiyyəti ilə Misir Ərəb Respublikasının Qahirə Qubernatorluğu arasında
dostluq və əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu imzaladılar.
Misirin xarici işlər naziri Sameh Həssən Şukri və
Azərbaycanın energetika naziri Pərviz Şahbazov “Azərbaycan Respublikasının
Energetika Nazirliyi ilə Misir Ərəb Respublikasının Elektrik və Bərpaolunan Enerji
Nazirliyi arasında elektrik və bərpaolunan enerji sahələrində əməkdaşlıq
haqqında Anlaşma Memorandumu”nu imzaladılar.
Misirin xarici işlər naziri Sameh Həssən Şukri və
Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov “Azərbaycan Respublikasının
İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) ilə Misir Ərəb
Respublikasının Sərmayə və Azad Zonalar üzrə Baş Qurumu (GAFI) arasında
2024-2025-ci illər üzrə Birgə Fəaliyyət Planı”nı imzaladılar.
Misirin neft və mineral ehtiyatlar naziri Tarek Əhməd
Əl Molla və Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov “Azərbaycan
Respublikasının İqtisadiyyat Nazirliyi ilə Misir Ərəb Respublikasının Neft və
Mineral Ehtiyatlar Nazirliyi arasında əməkdaşlıq haqqında Niyyət Protokolu”nu
imzaladılar.
Misirin beynəlxalq əməkdaşlıq naziri xanım Raniyə
Əl Maşat və Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov “Azərbaycan
Respublikasının İqtisadiyyat Nazirliyi ilə Misir Ərəb Respublikasının Beynəlxalq
Əməkdaşlıq Nazirliyi arasında təcrübə mübadiləsi haqqında Anlaşma
Memorandumu”nu imzaladılar.
Misirin rabitə və informasiya texnologiyaları
naziri Amr Talaat və Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev
“Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Misir
Ərəb Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi arasında
informasiya və kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında
Anlaşma Memorandumu”nu imzaladılar.
tag: Azərbaycan, Misir, Sənəd, İlham Əliyev, todaypress.az,