Azərbaycan lideri Pakistan Prezidentini COP29-a dəvət etdi - YENİLƏNDİ
Siyasət
12.07.2024 13:25
İyulun 12-də
İslamabadda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Pakistan İslam
Respublikasının Prezidenti Asif Əli Zərdari ilə geniş tərkibdə görüşü olub.
TodayPress xəbər
verir ki, görüşdə ölkələrimiz arasında siyasi əlaqələrin yüksək səviyyədə
olmasından məmnunluq ifadə edilib. Pakistanın və Azərbaycanın daim bir-birini dəstəkləməsi,
xüsusilə torpaqlarımız otuz il ərzində işğal altında olduğu dövrdə Pakistanın
ölkəmizə siyasi dəstəyi, Azərbaycanın haqlı və ədalətli mövqeyini müdafiə etməsi,
beynəlxalq hüququn prinsiplərini rəhbər tutması yüksək qiymətləndirilib.
Hazırda ölkələrimiz
arasında iqtisadi-ticari əlaqələrin daha da genişləndirilməsi üçün yaxşı potensialın
olduğu vurğulanıb.
Prezident Asif Əli Zərdari
Azərbaycanın COP29-a ev sahibliyi etməsi münasibətilə Prezident İlham Əliyevi təbrik
edib.
Dövlət başçısı Pakistan
Prezidentini COP29-a dəvət edib.
Söhbət zamanı ölkələrimiz
arasında iqtisadi-ticari əlaqələrin, investisiya sahəsində əməkdaşlığın daha da
genişləndirilməsi məsələləri müzakirə olunub.
Görüşdə qarşılıqlı
maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
***
10.53
İslamabadda Azərbaycan
Prezidenti İlham Əliyevin Pakistan Prezidenti Asif Əli Zərdari ilə geniş tərkibdə
görüşü başlayıb.
tag: Prezident, İlham Əliyev,İslamabad, Azərbaycan, Asif Əli Zərdari, todaypress.az,