Azərbaycan, İran və Rusiya arasında üçtərəfli görüş keçiriləcək

Siyasət

22.01.2025 21:33

Azərbaycan, İran və Rusiya arasında nəqliyyat nazirlərinin növbəti üçtərəfli görüşü yanvarın 28-də Moskvada keçiriləcək.

TodayPress xəbər verir ki, bunu İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq İran-Azərbaycan Birgə İqtisadi Komissiyasının 16-cı iclasında deyib.


O qeyd edib ki, Azərbaycanın İran və Rusiya arasında strateji mövqeyi üçtərəfli əməkdaşlığı inkişaf etdirmək və tranzit potensialını artırmaq üçün xüsusi imkanlar yaradır:

“Görüşdə xüsusilə Şimal-Cənub nəqliyyat dəhlizi ilə beş il ərzində 15 milyon ton yük daşınmasını hədəfləyən layihələr müzakirə olunub. Bu çərçivədə İran, Azərbaycan və Rusiya arasında nəqliyyat nazirlərinin növbəti üçtərəfli görüşü yanvarın 28-də Moskvada keçiriləcək".

 

tag: Azərbayacan, Gürcüstan, İran, Rusiya, Moskva, Görüş, todaypress.az,