Azərbaycan İƏT üzvləri ilə ticarət dövriyyəsini artırır

Siyasət

24.04.2025 10:28

8

“Azərbaycanın İƏT üzvü olan ölkələrlə ticarət dövriyyəsi artır”. 

TodayPress xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) şöbə müdiri Şahmar Hacıyev aprelin 24-də “Azərbaycan və İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT): İmkanlar və Perspektivlər” mövzusunda keçirilən tədbirdə deyib. 

O, diqqətə çatdırıb ki, təkcə 2024-cü ildə İƏT-ə üzv  olan dövlətlərlə Azərbaycanın birgə xarici ticarət dövriyyəsi 7.95 milyard ABŞ dolları təşkil edib. 

“Ölkəmizin İƏT ölkələri ilə xarici ticarətində ən böyük payı Türkiyə (77.1%), İran (8.1%), Qazaxıstan (5.9%), Türkmənistan (4.8%), Özbəkistan (3.2%), Qırğızıstan (0.5%), Pakistan (0.3%), Tacikistan (0.09%) və Əfqanıstanın (0.006%) payına düşüb.

Azərbaycan İƏT çərçivəsində əsasən enerji və nəqliyyat dəhlizlərinin inkişafı, bu sahədə əməkdaşlığın genişləndirilməsi, turizm və kənd təsərrüfatı sektorlarında əməkdaşlıq və qarşılıqlı investisiya qoyuluşunun artırılması kimi prioritet sahələrə üstünlük verir” deyə şöbə müdiri əlavə edib. 

Töhfə Səməd

tag: Azərbaycan,İƏT,Ticari Əlaqə,Dövriyyə,Todaypress.az,