Ayxan Hacızadə: “Ermənistana COP29-da iştirak üçün dəvət məktubu göndərilib”

Siyasət

13.11.2024 11:00

“Ermənistana COP29-da iştirak üçün dəvət məktubu göndərilib. Bu günə qədər onların burada iştirak edib-etməyəcəyi ilə bağlı qəti qərar bizdə mövcud deyil”. 

TodayPress xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, COP29-da iştirak edən nümayəndə heyyətinin sayı 70 minə yaxındır. Bütün dövlət və hökumət başçılarına dəvətlər göndərilib. Dünəndən etibarən onlar burada öz çıxışlarını edirlər. 

“Ermənistan tərəfi COP29-da iştirak etməyərək iqlim dəyişmələri ilə bağlı öz töhfələrini verməkdən də əl çəkmiş olur. Çünki hər bir dövlət bu məsələdə birlik nümayiş etdirməlidir”. 

Töhfə Səməd

tag: Ermənistan, Ayxan Hacızadə, Nümayiş, COP29,Azərbaycan Xarici İşlər Nazirliyi, todaypress.az,