Ayxan Hacızadə Borrellin mətbuat katibinə cavab verdi
Siyasət
03.09.2024 17:01
Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə Avropa İttifaqının Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozef Borrellin mətbuat katibi Peter Stanoya Milli Məclisə sentyabrın 1-də keçirilmiş növbədənkənar parlament seçkiləri ilə bağlı paylaşımına görə cavab verib.
TodayPress xəbər verir ki, o “X” platformasında parlament seçkilərinin tam olaraq Konstitusiyaya uyğun keçirildiyini bildirib.
“Seçkilər tam olaraq ölkənin Konstitusiyasına və milli qanunvericiliyə uyğun olaraq keçirilib” deyə XİN sözçüsü qeyd edib.
Ayxan Hacızadə vurğulayıb ki, “belə qərəzli siyasi baxış ATƏT/DTİHB-nin seçkilərlə bağlı mənfi münasibətini təkrarlayır”.