Avropa rəsmisi Azərbaycan-Ermənistan münasibətlərindən danışdı

Siyasət

12.03.2025 14:38

1324

 Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono Ankarada Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesini müzakirə edib.

TodayPress xəbər verir ki, bu barədə O, özünün “X” sosial şəbəkəsindəki səhifəsində məlumat verib.

"Ankaraya səfərimi yekunlaşdıraraq, türkiyəli həmkarlarıma Cənubi Qafqaz və regional məsələlər, o cümlədən Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması, Gürcüstandakı vəziyyət, habelə Ermənistan-Türkiyə normallaşması barədə açıq və konstruktiv fikir mübadiləsinə görə təşəkkürümü bildirirəm" deyə o qeyd edib.

Qrononun sözlərinə görə, danışıqlarda Cənubi Qafqaz ölkələri, Türkiyə, Mərkəzi Asiya və Aİ-yə fayda gətirə biləcək qarşılıqlı əlaqə və regional əməkdaşlıq imkanları müzakirə edilib. "Qlobal çağırışların artması şəraitində regional sabitliyin, təhlükəsizliyin və davamlı sülhün təşviqi üçün səyləri ikiqat artırmaq son dərəcə vacibdir" deyə Aİ-nin xüsusi nümayəndəsi vurğulayıb.

tag: Maqdalena Qrono,Avropa İttifaqı,Xüsusi,Nümayəndə,Todaypress.az,