Arayik məhkəmədə Vardanyanla bağlı danışdı
Martın 14-də Bakı Hərbi Məhkəməsində davam
etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Arayik Harutyunyan hazırda
Azərbaycanda mühakimə olunan Ermənistan Respublikasının vətəndaşı Ruben
Vardanyanla bağlı da danışıb.
TodayPress xəbər verir ki, A.Harutyunyan onu çox
yaxşı tanıdığını bildirib: “Ruben Vardanyanı 2005-ci ildən tanıyıram. Onunla
dəfələrlə görüşmüşəm. Sonuncu görüş 2023-cü ilin avqust, sentyabr, oktyabr
aylarında olmalı idi. İki ay yarım - üç ay müddətində “dövlət naziri” olub.
Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində
sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən
təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə
qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu
maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər
çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının
vətəndaşlarının məhkəməsi martın 17-də davam etdiriləcək.
tag: Araik, Vardaryan, Ruben, Məhkəmə, Terror, Erməniəsilli, todaypress.az,