Arayik Arutunyan: "Verdiyim bəyanata görə üzrxahlıq edirəm"
Siyasət
18.01.2025 00:01
"Gəncənin raketlərlə
vurulması ilə bağlı əmri mən verməmişəm".
Harutyunyan bəyanatla çıxış edərək bildirib ki, 44 günlük müharibə zamanı
Gəncənin raketlərlə vurulması ilə bağlı onun bəyanatı olub və buna görə
təəssüflənir.
“Azərbaycan xalqında belə
bir fikir var ki, bu əmri mən vermişəm. Bu qərar mənim tərəfindən verilməyib.
Bəli, mənim bu hadisə ilə bağlı bir bəyanatım var idi. İndi bu bəyanata görə
təəssüflənirəm, üzrxahlıq edirəm. Mənim elə bir hüququm, elə bir səlahiyyətim,
rəy bildirməyə də imkanım olmayıb. Bu bəyanatı vaxtilə niyə vermişəm, onu da
istintaq zamanı verdiyim ifadəmdə izah etmişəm”.
tag: Arayik ,Gəncə, Raket, Terror, Bəyanət, todaypress.az,