Araik Arutyunyan, Davit Babayan və digərlərinin həbs müddəti uzadıldı - FOTO
Siyasət
11.10.2024 17:49
Azərbaycan Respublikasının Qarabağ bölgəsinin və digər
suveren ərazilərinin Ermənistanın hərbi təcavüzü nəticəsində işğal olunduqdan
sonra yaradılmış qondarma qurumun “prezidentləri” olmuş Arkadi Gukasyan, Bako
Sahakyan, Arayik Harutyunyan, sabiq "xarici işlər naziri" Davit
Babayan, eləcə də “parlament sədri” David İşxanyan, generallar David Manukyan və
digərlərinin barəsində seçilmiş həbs qətimkan tədbirlərinin müddətinin
uzadılması ilə bağlı Baş Prokurorluğun İstintaq idarəsinin vəsatətlərinə və Azərbaycan
Respublikasının Baş prokurorunun təqdimatlarına Binəqədi rayon məhkəməsində
baxılıb.
TodayPress xəbər verir ki, xəbər verir ki, bu barədə
Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.
İstintaqı Baş Prokurorluğun rəhbərlik etdiyi, Hərbi
prokurorluq, Dövlət Təhlükəsizliyi Xidməti, Daxili İşlər Nazirliyi və digər
istintaq qurumlarının peşəkar əməkdaşlarından ibarət birgə istintaq qrupu tərəfindən
aparılan cinayət işi üzrə separatçı rejimin ümumilikdə 14 nəfər üzvü Cinayət Məcəlləsinin
müxtəlif maddələri ilə məsuliyyətə cəlb olunub.
Məhkəmənin qərarına əsasən, qeyd olunan şəxslərin barəsində
seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb.
tag: Araik Arutyunyan, Davit Babayan ,Həbs,Ermənistan,Todaypress.az,