Antoni Blinken: Azərbaycan və Ermənistan arasında sülh sazişinə nail olmaq üçün müstəsna imkan var
Siyasət
01.07.2024 23:45
“Azərbaycan və Ermənistan
arasında sülh sazişinə nail olmaq üçün müstəsna imkan var”.
TodayPress xəbər verir ki,
bu sözləri ABŞ Dövlət katibi Antoni Blinken Brukinqs İnstitutunda çıxışı zamanı
deyib. O bildirib ki, bu saziş onilliklərlə davam edən münaqişəyə son qoyacaq və
iqtisadi əlaqələr, iqtisadi inkişaf, Şərqlə Qərb, Şimalla Cənub arasında əlaqələr
baxımından böyük imkan yaradacaq.
“Azərbaycan bu işdə çox
böyük rola malikdir. Biz diplomatiya yolu ilə fəal şəkildə iş apararaq Azərbaycan
və Ermənistanı sülh sazişinə yaxınlaşdırmağa çalışdıq. Biz bu sahədə Avropa
İttifaqı ilə sıx əməkdaşlıq və koordinasiya həyata keçirmişik. Düşünürəm ki,
bu, həqiqətən mümkündür. Mən təxminən bir həftə əvvəl bu barədə Azərbaycan
Prezidenti İlham Əliyevlə danışdım. Düşünürəm ki, bu mümkündür və tam mənada Azərbaycanla
Ermənistanın, həmçinin bütün regionun maraqlarına xidmət edir”, - deyə
A.Blinken qeyd edib.
tag: Blinken, Azərbaycan, Ermənistan, Sülh sazişi, todaypress.az,