Almaniya səfiri Şəhidlər Xiyabanını ziyarət etdi
Siyasət
19.01.2025 14:05
Almaniya Federativ Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ralf Horlemann Bakıdakı Şəhidlər Xiyabanında 20 Yanvar faciəsi qurbanlarının xatirəsini ehtiramla yad edib.
TodayPress xəbər verir ki, bu barədə səfir “X” hesabında yazıb.
“1990-cı il yanvarın 19-u və 20-si Bakıda həlak olanların əziz xatirəsini hörmətlə anırıq. Sovet İttifaqının dağılması zamanı yaranan qarışıqlıqdan demək olar ki, heç bir region Cənubi Qafqaz, o cümlədən Azərbaycan qədər çox əziyyət çəkməyib” deyə o qeyd edib.
tag: Qafqaz,Azərbaycan,Səfir,20Yanvar,Bakı,Ralf Horlemann ,Todaypress.az,