Ali Məhkəməyə Aparat rəhbəri təyin olundu
Siyasət
27.06.2024 10:13
Azərbaycan Respublikasının Ali Məhkəməsinin Aparatına yeni rəhbər təyin edilib.
Ali Məhkəmədən TodayPress-ə verilən məlumata görə, bu vəzifə Cavid Hüseynova həvalə olunub.
C.Hüseynov uzun illər məhkəmə-hüquq sahəsində müxtəlif rəhbər vəzifələrdə çalışıb. O, 2005-2023-cü illərdə Məhkəmə-Hüquq Şurasının Aparat rəhbəri, 2023-2024-cü illərdə ədliyyə nazirinin müşaviri olub.
2024-cü ildən isə Ali Məhkəmənin Məhkəmə təcrübəsinin təhlili şöbəsinin müdiri vəzifəsində çalışırdı.
C. Hüseynov fəaliyyət göstərdiyi dövrdə Azərbaycan Respublikası Prezidentinin Sərəncamları ilə müxtəlif orden və medallarla təltif olunub. O, “Dövlət qulluğunda fərqlənməyə görə” medalı, 3-cü dərəcəli “Vətənə Xidmətə görə” ordeni, 2-ci dərəcə dövlət müşaviri, "Ədliyyə sahəsində fərqlənməyə görə” medalı, “Azərbaycan Ədliyyəsinin 100 illiyi” və "Azərbaycan Ali Məhkəməsinin 100 illiyi” yubiley medalları ilə təltif edilib.
tag: Ali Məhkəmə, Aparat, Rəhbər, Cavid Hüseynov,Sərəncam, todaypress.az,