Aİ-nin Azərbaycanla sərhəddə casus missiyası yenidən aktivləşdi
Avropa İttifaqının (Aİ) Ermənistanın
Azərbaycanla sərhədində yerləşdirilən müşahidə missiyasının Laçın və Zəngilan
istiqamətlərində fəaliyyətinin yeni görüntüləri yayılıb.
TodayPress “Report”a istinadən bildirir ki, Ermənistanla Azərbaycan
arasındakı şərti sərhəddə yerləşdirilən Aİ-nin müşahidə missiyasına məxsus
maşın karvanı sərhədə doğru irəliləyir.
Azərbaycan tərəfi missiyanın fəaliyyətini diqqətlə
izləyir.
Qeyd edək ki, missiya ilə bağlı dəfələrlə Azərbaycan
tərəfi narazılığını bildirib, onun Azərbaycanla razılaşdırılmadan fəaliyyət
göstərdiyini bəyan edib.
tag: Avropa İttfaqı, Ermənistan, Azərbaycan, Müşahidə Missiyası, todaypress.az,