Aİ “missiyası” növbəti dəfə Azərbaycan sərhədində müşahidə apardı
Avropa İttifaqının (Aİ) “missiyası” növbəti
dəfə Azərbaycan sərhədində müşahidə aparıb.
TodayPress xəbər verir ki, fevralın 12-i saat
10:09-da Ermənistanın Keşişkənd rayonunun Arpa yaşayış məntəqəsi istiqamətində
yerləşən Ermənistan silahlı qüvvələrinin döyüş mövqeyinə 2 ədədinin üzərində
Avropa İttifaqının və 1 ədədinin üzərində Beynəlxalq Qızıl Xaç Komitəsinin
(BQXK) bayrağının olduğu 3 ədəd yolsuzluq avtomobili və Ermənistan Silahlı
Qüvvələrinə məxsus 1 ədəd "UAZ Patriot" markalı avtomobilin gəlməsi,
2-i hərbçi və 4-ü mülki şəxs olmaqla ümumilikdə 6 nəfər şəxsin ərazidə müşahidə
aparması, digər döyüş mövqeyinə hərəkət edərək Azərbaycan mövqeləri
istiqamətində foto və videoçəkiliş etməsi Azərbaycan tərəfindən qeydə alınıb.
Missiya nümayəndələri saat 11:54-də ərazini tərk edərək
geri qayıdıblar.
Aİ və BQXK-nın nümayəndələrinin ərazidəki fəaliyyəti
Azərbaycan Ordusunun bu istiqamətdə yerləşən bölmələri tərəfindən vizual və
texniki vasitələrlə müşahidə edilib.
tag: Avropa İttifaqı, Azərbaycan, Sərhəd, Ermənistan, BQXK, todaypress.az,