Aİ Cənubi Qafqaza yeni xüsusi nümayəndə təyin etdi
Avropa İttifaqı Şurasının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə yeni xüsusi nümayəndəsinin adı məlum olub.
TodayPress xəbər verir ki, bu vəzifəyə çex diplomat Maqdalena Qronon təyin edilib.
Onun sentyabrın 1-dən etibarən səlahiyyətlərini icra etməyə başlayacağı bildirilib. Xanım Maqdalena Qrono səlahiyyət müddətində BMT və ATƏT-in müvafiq strukturları ilə birlikdə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması istiqamətində də fəaliyyət göstərəcək.
Xatırladaq ki, Maqdalena Qrono bu postda səlahiyyət müddəti avqustun 31-də bitəcək Toivo Klaarı əvəz edəcək.
tag: Cənubi Qafqaz, Maqdalena Qrono, BMT, ATƏT,Azərbaycan, Ermənistan, todaypress.az,