ABŞ üçün tarixi fürsət: “Tramp Nobel Sülh Mükafatını qazana bilər” - Ramiz Yunus AÇIQLADI

Siyasət

22.01.2025 15:38

“ABŞ prezidenti Donald Trampın Ağ Evə qayıdışı və inauqurasiya çıxışında özünü "sülhsevər və birləşdirici" kimi göstərmək niyyəti, onun administrasiyasının əsas prioritetlərini müəyyənləşdirmək üçün açardır”.  

TodayPress xəbər verir ki,  politoloq Ramiz Yunus bu barədə öz “Facebook” hesabında yazıb.  

“Ümid etmək olar ki, Vaşinqtonda Rusiya-Ukrayna müharibəsi və Yaxın Şərqdəki gərginlik kimi məsələlərin Azərbaycan və Ermənistan arasındakı sülh prosesi ilə müqayisədə daha mürəkkəb və problemli məsələlər olduğunu başa düşürlər. Bununla belə, Bakı ilə İrəvan arasında sülh müqaviləsinin imzalanması üçün real imkanlar mövcuddur”.    

Politoloq hesab edir ki, bu cür tarixi fürsət, xüsusilə ABŞ prezidentinə Nobel Sülh Mükafatını qazanmaq perspektivini də gətirə biləcək bir şansdır:  

“Bu, hər zaman rast gəlinən bir vəziyyət deyil. Ümid edilir ki, Trampın yaxın məsləhətçiləri bu məqamı nəzərə alırlar. ABŞ-nin 16-cı prezidenti Avraam Linkolnun dediyi kimi: "Mən özümü hazırlayacam və bir gün şansım gələcək". 

Günəş Mərd

tag: ABŞ,Ukrayna,Ramiz Yunus,Rusiya,Nobel mükafatı,Sülh,Müharibə,Təhlil,todaypress.az,