ABŞ Ermənistanın Rusiyadan uzaqlaşması üçün şərait yaradır
Siyasət
31.07.2024 01:00
ABŞ Ermənistanın Rusiyadan
qopmasına şərait yaradır.
TodayPress xəbər
verir ki bunu ABŞ dövlət katibinin Avropa və Avrasiya məslələri üzrə köməkçisi
Ceyms O'Brayn Senatın Xarici Əlaqələr Komitəsinin Regional və Təhlükəsizlik Əməkdaşlığı
Alt Komitəsində "Avropanın Gələcəyi" barədə dinləmələr zamanı
sualları cavablandırarkən deyib.
O'Brayn bildirib ki, ABŞ Ermənistanla
əməkdaşlığa zaman sərf edir.
"Baş katib Blinken və
Avropa Komissiyasının prezidenti Ursula von der Leyenlə birgə bir neçə ay əvvəl
Ermənistan baş naziri Nikol Paşinyanla görüşdük, Ermənistana Rusiyadan
asılılığını azaltmağa kömək etmək üçün yeni platforma yaratdıq. O, enerji və
iqtisadiyyatı baxımından demək olar ki, tamamilə Rusiyadan asılıdır. Biz bunu və
həmçinin sərhəd təhlükəsizliyi məsələsini də diversifikasiya etməliyik.
Beləliklə, baş nazir
Paşinyanın apardığı cəsarətli addımlar Ermənistana imkan verir ki, Rusiyadan
qopsun. Rusiya Ermənistanın təhlükəsizliyinə zəmanət vermişdi. Ancaq Azərbaycanla
2020-ci il müharibəsindən sonra və ondan əvvəl bu zəmanət uğursuzluğa düçar
oldu. Azərbaycan Qarabağ və ətrafındakı əraziləri geri alarkən Rusiya Ermənistana
arxa çevirdi. Bu, Ermənistan əhalisinin çoxunun Rusiyadan uzaqlaşmaq istədiyi
ciddi vəziyyətə gətirib çıxarıb. Beləliklə, biz bunun baş verməsi üçün şərait
yaradırıq.
Əhəmiyyətli bir məsələ də odur
ki, bu həftənin sonunda bir neçə min rus əsgərinin, Ermənistanı tərk etməsi tələb
olunan vaxt gəlib çatır və bu məsələ bir sıra səbəblərə görə həqiqətən əhəmiyyətlidir.
Xüsusilə də beynəlxalq hava limanına (Rusiya) nəzarət etdiyi üçün
sanksiyalardan yayınma və qaçaqmalçılıq məhz burada baş verir. Beləliklə, biz
görəcəyik ki, Rusiya həqiqətən Ermənistanın istədiyi münasibətləri qura bilməsi
üçün Ermənistanın suveren istəklərinə əməl etməyə hazırdırmı" ABŞ dövlət
katibinin köməkçisi deyib.
tag: ABŞ, Rusiya, Ermənistan,Ceyms O'Brayn, todaypress.az,