ABŞ “B” planını işə salır: Zelenski hakimiyyətdən uzaqlaşdırılır - Politoloq şərhi
Siyasət
14.08.2024 14:44
“ABŞ Ukrayna müharibəsində indiyə qədər etdiyi səhvləri, Zelenski hakmiyyətini dəyişməklə ört-basdır etməyə çalışa bilər”.
Bunu politoloq Elçin Xalidbəyli TodayPress-ə açıqlamasında deyib.
Onun sözlərinə görə, Volodimir Zelenskinin hakimiyyətdən getməsi artıq heç kimdə şübhə doğurmur. Sadəcə bu an məsələsidir. Politoloq qeyd edib ki, əvvəlcə Ukrayna xalqının problemləri, ölkənin düşdüyü vəziyyət və s. məsələlərdə Zelenski günahkar elan olunacaq. Bundan sonra istənilən millətin təmsilçisini Ukraynada hakimiyyətə gətirmək mümkün olacaq:
“ABŞ-nin Zelenskini Ukraynanın keçmiş Daxili İşlər naziri, erməni əsilli Arsen Avakovla əvəzləmək istədiyinə dair iddialar səsləndirilir. Birləşmiş Ştatlar üçün Ukraynada bir erməninin hakimiyyətə gətirilməsi elə də çətin proses deyil. Bu, ona daha çox sərf edir. Xain xislətli bir millətin təmsilçisi Amerikaya Ukrayna əleyhinə xidmət göstərməkdə hər kəsdən daha çox yardım edə bilər”.
Analitikin qənaətincə, Ukraynada erməni əsilli birinin hakimiyyətə gətirilməsi, Ukrayna-Azərbaycan münasibətlərinə mənfi təsir göstərə bilməyəcək:
“Ukrayna faktiki olaraq Kiyevdən yox, Vaşinqtondan idarə olunan dövlətdir. Vaşinqtondan idarə olunan dövlətin də rəhbərliyində erməninin və yaxud başqa millətin nümayəndəsinin olması, onun xarici siyasətində ciddi fərq yarada bilməz. Çünki Vaşinqtondan hansı təlimat gəlirsə, Ukrayna ona əməl etmiş olacaq. Bu baxımdan Ukraynada kimin hakimiyyətə gətirilməsi indiki halda çox az şeyi dəyişir”.
Xatırladaq ki, Rusiyanın Xarici Kəşfiyyat Xidməti (XKX) ABŞ-nin Ukrayna dövlət başçısı Volodimir Zelenskini Ukraynanın keçmiş Daxili İşlər naziri Arsen Avakovla əvəzləyəcəyi barədə məlumat yayıb. A.Avakov erməni əsilli Ukrayna dövlət xadimi və siyasətçidir.
Günəş Mərd