ABŞ Azərbaycanın NATO ilə davamlı əməkdaşlığını dəstəkləyir

Siyasət

07.05.2025 10:42

20

ABŞ Azərbaycanın NATO ilə davamlı əməkdaşlığını dəstəkləyir. 

TodayPress xəbər verir ki, bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyi məlumat yayıb. 

Bildirilib ki, ABŞ-nin müvəqqəti işlər vəkili Hüqo Qevara Tbilisidə yerləşən NATO-nun Əlaqələndirmə Ofisinin rəhbəri Aleksandr Vinnikovla görüşüb.

Görüşdə NATO ilə tərəfdaşlıq fəaliyyəti və təhlükəsizlik sahəsində əməkdaşlıq müzakirə olunub. 

Qeyd olunub ki, Birləşmiş Ştatlar Azərbaycan hərbi qulluqçularının "NATO-Gürcüstan 2025" kompüter dəstəkli taktiki komanda-qərargah təlimində iştirakını yüksək qiymətləndirir və Azərbaycanın NATO ilə davamlı əməkdaşlığını dəstəkləyir.

tag: ABŞ,Azərbaycan,NATO,Əməkdaşlıq,Todaypress.az,