Zəngilanda “Sarıqışlaq” Su Elektrik Stansiyası istifadəyə verildi

Sənaye və energetika

05.10.2024 17:55

Zəngilanda “AzərEnerji” ASC-nin “Sarıqışlaq” Su Elektrik Stansiyasını istifadəyə verilib.

TodayPress xəbər verir ki, “Sarıqışlaq” SES Oxçuçayın üzərində kaskad üsulla tikilən Zəngilan silsiləsindəki 4 SES-dən biridir və buna qədər digər 3 SES - “Cahangirbəyli”, “Şayıflı” və “Zəngilan” Su Elektrik stansiyaları Prezident İlham Əliyevin iştirakı ilə istismara verilib. 

“Sarıqışlaq”da il ərzində 33 milyon kilovat-saatadək elektrik enerjisinin istehsal olunması, bununla da 7,4 milyon kubmetr qaza qənaət edilməsi və atmosferə atılan 13 min ton karbon qazının qarşısının alınması nəzərdə tutulur.

Qeyd edək ki, “Sarıqışlaq” SES-in də daxil olduğu 4 SES-dən ibarət 42 meqavatlıq Zəngilan silsiləsi işğaldan azad edilən ərazilərdə yaradılan ən böyük silsilədir. Yerli mütəxəssislər tərəfindən layihələndirilməklə, tam yeni tikilmiş 42 MVt gücündə kaskad tipli bu 4 stansiya qoyuluş gücünün 70 faizdən çox hissəsi ilə çalışır. Burada istehsal olunun enerjinin bir hissəsi daxili tələbata sərf edilir, artıq qalan enerji isə ölkə enerjisisteminə yönləndirilir. Bu da regional enerji müstəqilliyini artırır və ətraf mühitin qorunmasına töhfə verir.

tag: Zəngilan ,Azərenerji ,SES ,Sarıqışlaq, Stansiya ,Prezident ,todaypress.az,