Türkiyə Rusiya neftinin alışını kəskin şəkildə azaldır
Sənaye və energetika
24.09.2024 12:11
Avqustda Türkiyə yayın əvvəli ilə müqayisədə Rusiyadan neft idxalını sutkada 400-450 min bareldən 200 minə qədər azaldıb.
TodayPress xəbər verir ki, bu barədə “RBC-Kpler” məlumat yayıb.
Bildirilib ki, alışların belə kəskin azalmasının səbəbi “STAR” neft emalı zavodunda aparılan planlı təmir işləridir. Müəssisədə iş sentyabrın 5-də başlayıb.
Ekspertlərin fikrincə, Rusiya təchizatçıları üçün vəziyyət kritik deyil. Çox güman ki, itirilmiş həcmlər Asiyaya, xüsusən də Hindistan bazarına yönəldiləcək.
Xatırladaq ki, son üç ayda Rusiya neftinin qiyməti təxminən üçdə bir qədər ucuzlaşıb. İyunun sonundan etibarən “Urals” neftinin qiyməti təxminən 30% ucuzlaşaraq, 60 dollar/barel həddindən aşağı düşüb. Yanacaq satışından Rusiya büdcəsinin orta gəliri qışdan bəri ən aşağı səviyyədə qalıb.
Töhfə Səməd
tag: Türkiyə, Rusiya, Neft, Asiya, Hindistan ,Bazar, todaypress.az,