“Tesla” yeni elektrik avtomobilini təqdim etdi
Sənaye və energetika
10.01.2025 14:36
“Tesla” korporasiyası “Model Y” avtomobilinin yenilənmiş versiyasını təqdim edib.
TodayPress xəbər verir ki, bu barədə şirkətin saytında məlumat verilib.
“Model Y”nin fərqli xüsusiyyəti artan güc ehtiyatıdır - 719 kilometrə qədər. Elektromobilin ilkin versiyası bir akkumulyatorla maksimum 688 kilometr yol qət edə bilirdi.
Avtomobil 20 düymlük təkər disklərinə malikdir və saatda 100 kilometr sürəti 4,3 saniyəyə yığa bilir.
Həmçinin, avtomobildə dönmə siqnalı düymələri yoxdur: əvəzində sükan sütununun klassik açarı var.
“Tesla” həmçinin bildirib ki, avtomobildə sürücü və sərnişinlər üçün yeni erqonomik oturacaqlar, daha möhkəm şüşə və arxa sıra üçün əlavə ekran var.
Başlanğıc modelin qiyməti 263 500 yuan (61089,37 manat) təşkil edəcək.
Töhfə Səməd
tag: Tesla ,Model-7,Avtomobil, Elektrik, todaypress.az,