Slovakiya təhdid etdi: Ukrayna geriyə addım atacaq?

Sənaye və energetika

30.07.2024 16:30

“Kiyev tərəfi Rusiya neftinin Ukrayna ərazisindən Slovakiyaya tranziti məsələsini həll etməyə hazırdır”.

TodayPress xəbər verir ki, bu barədə Ukraynanın energetika nazirinin müavini Roman Andarak məlumat yayıb. 

Onun sözlərinə görə, Slovakiya tərəfi Ukrayna ilə Aİ arasında assosiasiya sazişində nəzərdə tutulan müvafiq mexanizmi işə salarsa, Ukrayna tərəfi ekspertlər səviyyəsində mövcud problemi həll etməyə hazırdır. 

Bundan əvvəl Slovakiyanın Baş naziri Robert Fiko demişdi ki, Kiyevin Rusiyanın “Lukoil” şirkətinə neft tədarükünü əngəlləməsi Ukraynanın özünə, Macarıstan və Slovakiya simasında avropalı tərəfdaşlara ziyan vuracaq və Rusiyanın maraqlarına toxunmayacaq.

O, bəyan edib ki, Rusiya neftinin Ukrayna ərazisindən tədarükü mümkün qədər tez bərpa olunmasa, Bratislavadakı "Slovnaft" neft emalı zavodu neft tədarükünü dayandıracaq. Qeyd edək ki, həmin neftin həcmi Ukraynanın tələbatının onda birini ödəyir. 

Töhfə Səməd

tag: Slovakiya, Robert Fiko, Rusiya, Neft, Lukoil, todaypress.az,