Rusiya dizel ixracına qadağa qoyur?
Sənaye və energetika
25.07.2024 17:35
Rusiya dizel ixracına qadağa qoymağı planlaşdırmır.
TodayPress xəbər verir ki, bu barədə Rusiya Baş nazirinin müavini Aleksandr Novak bildirib.
"Rusiyanın dizel istehsalı kafi səviyyədədir. Hazırda vəziyyət stabil olduğu üçün dizel ixracına qadağa qoymayacağıq" deyə Nokav qeyd edib.
Xatırladaq ki, Nokav iyulun 23-də verdiyi açıqlamada Rusiyada benzin ixracına qoyulan qadağanın avqustun 1-dən yenidən qüvvəyə minəcəyini bildirmişdi.
Qeyd edək ki, Rusiyada neft emalı zavodlarının pilotsuz təyyarələrin hücumuna məruz qalması və xüsusilə kənd təsərrüfatı sektoruna artan tələbat benzinin bahalaşmasına səbəb olub. Qiymət artımı ilə əlaqədar hökumət vaxtaşırı ixraca məhdudiyyətlər qoyur.
Günəş Mərd
tag: Rusiya, Dizel, Aleksandr Novak, Benzin, Təyyarələr, todaypress.az,