Qaz kəmərlərindən əldə edilən gəlirlər 7%-dən çox artdı

Sənaye və energetika

07.05.2025 11:50

8

Ötən il Azərbaycanın magistral qaz kəmərləri ilə yükdaşımalardan əldə etdiyi gəlirləri 2 707 608,8 min manat təşkil edib, bu da illik müqayisədə 7,6% artım deməkdir. 

Dövlət Statistika Komitəsindən TodayPress-ə verilən məlumata görə, 2023-cü ildə sözügedən göstərici 2 516 082,5 min manat səviyyəsində olub.   

Qeyd etmək lazımdır ki, ötən il Azərbaycanda magistral qaz kəmərləri ilə 40 348,3 mln. kubmetr qaz nəql edilib və əvvəlki ilin göstəricisinə nisbətən 2,7% artım müşahidə olunub. 

Qaz nəqlinin 56,6%-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib.

Bu boru kəməri vasitəsilə “Şahdəniz” qaz-kondensat yatağında hasil edilən qaz ixrac edilir.

Belə ki, hesabat dövründə bu kəmərlə 22 851,9 mln. kubmetr qaz ötürülüb (4,3%-lik artım).

tag: Qaz,Yanacaq,Avropa,Hasilat,Todaypress.az,