Orta Dəhlizin yeni marşrutu ilə ilk yük qatarı yola salındı

Sənaye və energetika

01.07.2024 16:00

Çindən Türkiyəyə Orta Dəhliz üzərindən yeni marşrutla ilk yük qatarı yola salınıb.

TodayPress xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC (ADY) məlumat yayıb.

Qeyd edilib ki, məişət əşyaları və gündəlik tələbat malları yüklənmiş 110 konteynerdən ibarət qatar Çinin Ciansu əyalətinin paytaxtı Nankin şəhərindən Mərkəzi Asiya–Xəzər dənizi–Azərbaycan–Gürcüstan marşrutu ilə İstanbul şəhərinə yola düşüb.

Hazırda Mərkəzi Asiya, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Qara dəniz üzərindən keçməklə Çin və Avropa arasında yükdaşımalar bir neçə istiqamət üzrə həyata keçirilir.

tag: Çin,Türkiyə, Orta Dəhliz, ADY,todaypress.az,