Orta dəhlizin hədsiz faydası: Asiya və Avropanı birləşdirən layihə - RƏY

Sənaye və energetika

03.07.2024 12:09

Son dövrlərdə Azərbaycan ərazisindən daşınan müxtəlif məhsulların həcminin artmasının əsas səbəbi Orta Dəhlizdə müşahidə olunan intensivliklə bağlıdır. Böyük türk dünyasını yaxından maraqlandıran Orta Dəhliz lahiyəsi mövcud geosiyasi və geopolitik vəziyyəti kökündən dəyişə bilər. Bu da qarşılıqlı tranzit əlaqələrinin inkişafında önəmli rol oynayır.

Mövzu ilə bağlı TodayPress-ə danışan iqtisadçı Xalid Kərimlinin sözlərinə görə, Azərbaycanın Orta dəhlizin formalaşması və genişlənməsində müstəsna rolu ola bilər. Onun sözlərinə görə, bu layihə ölkəmizin siyasi və strateji əhəmiyyətini bir qədərdə artıracaq:

“Ölkəmiz tranzit gəlirləri əldə edəcək və yaratdığı infrasturukturdan pul qazanacaq. Digər tərəfdən də idxal, ixrac proseslərində üstün mövqe tutacaq. Burada öz şirkətlərimiz də alternativ marşrut tapacaq. Bununla da həm idxal, həm də ixrac etdiyimiz məhsulları bu kanallarla göndərə biləcəyik”. 

İqtisadçının sözlərinə görə, bu eyni zamanda əlavə iş yerlərinin açılması deməkdir:

“Belə kanallar həm iaşə sektoru, həm logistik anbar, logistika mərkəzləri ətrafında əhəmiyyətli iş yerləri yaradacaq. Ölkələr arasında ticarət əlaqələrini gələcəkdə də daha da böyüdəcək”.  

Qeyd edək ki, Çindən Türkiyəyə Orta Dəhliz üzərindən yeni marşrutla ilk yük qatarı yola salınıb. 110 konteynerdən ibarət qatar Çinin Ciansu əyalətinin paytaxtı Nankin şəhərindən Mərkəzi Asiya–Xəzər dənizi–Azərbaycan–Gürcüstan marşrutu ilə İstanbul şəhərinə yola düşüb. Hazırda Mərkəzi Asiya, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Qara dəniz üzərindən keçməklə Çin və Avropa arasında yükdaşımalar bir neçə istiqamət üzrə həyata keçirilir.

Günəş Mərd

tag: Orta Dəhliz, Xalid Kərimli, İqtisadçı, Çin , Türkiyə, todaypress.az,

photo