“OPEC+” apreldən neft hasilatının artırılmasını təxirə sala bilər
"OPEC+" ölkələri 2025-ci ilin aprelindən planlaşdırılan neft hasilatının tədricən artırılmasının təxirə salınması imkanını müzakirə edir.
TodayPress xəbər verir ki, bu barədə “Bloomberg” nümayəndə heyətlərindəki mənbələrə istinadən məlumat yayıb.
Agentlik vurğulayır ki, könüllü ixtisarların uzadılması ABŞ prezidenti Donald Trampın "OPEC+"ın neftin qiymətlərini aşağı salması ilə bağlı çağırışlarına baxmayaraq nəzərdən keçirilir. Eyni zamanda "Bloomberg" mənbələrindən biri qlobal bazarların hasilatı bərpa etmək üçün hazırda çox kövrək qaldığını bildirib. Nəşrin digər mənbəsi vurğulayır ki, hasilatın artırılması ilə bağlı hələ qərar yoxdur və "OPEC+" çərçivəsində bu məsələ ilə bağlı fikirlər bölünür. Nəşrin məlumatına görə, yekun qərar yaxın həftələrdə verilə bilər.
"OPEC"in saytında dərc olunan neft hasilatının bərpası üzrə son cədvələ əsasən, hasilatın artımı 2025-ci ilin aprelindən 2026-cı ilin sentyabr ayının sonuna qədər olan dövr üçün planlaşdırılır. Lakin bu cədvəl neft bazarındakı vəziyyətdən asılı olaraq dəyişə bilər.
Töhfə Səməd
tag: OPEC+,Neft,Hasilat,Artırmaq,ABŞ ,todaypress.az,