Neftin qiyməti bahalaşdı
Sənaye və energetika
01.11.2024 09:32
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,26 % artaraq 73,85 ABŞ dolları təşkil edib.
Bu barədə TodayPress-ə neft bazarındakı mənbə məlumat verib.
Hərracların nəticələrinə görə, “Brent” markalı neftin yanvar fyuçerslərinin qiyməti 74,18 ABŞ dollarında qərarlaşıb.
Qeyd edək ki, Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 75 ABŞ dollarından hesablanıb.
tag: Dünya, Azərbaycan, Neft, Brent, todaypress.az,