Neft yenidən ucuzlaşdı
Sənaye və energetika
19.09.2024 09:30
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,05 % azalaraq 76,97 ABŞ dolları təşkil edib.
Bu barədə TodayPress-ə neft bazarındakı mənbə məlumat verib.
Bundan başqa, “Brent” markalı neftin noyabr fyuçerslərinin qiyməti 73,67 ABŞ dollarında qərarlaşıb.
Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 75 ABŞ dollarından hesablanıb.
tag: Azərbaycan ,Neft,Barel, Birja ,Dünya ,todaypress.az,