Karbamid ixracından gəlir 78 %-dən çox artdı

Sənaye və energetika

30.04.2025 15:19

10

Bu ilin yanvar-mart aylarında Azərbaycan 48 milyon ABŞ dolları dəyərində karbamid ixrac edib. 

TodayPress xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı “İxrac İcmalı”nın aprel sayında bildirilir. 

Məlumata görə, bu, ötən ilin 3 ayı ilə müqayisədə 21,1 milyon ABŞ dolları və yaxud 78,4 % çoxdur. 

Hesabat dövründə Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 14,7 % artaraq 771,9 milyon ABŞ dolları təşkil edib.

tag: Karbamid,İxrac,Gəlir,Artım,Todaypress.az,