İlham Əliyev BƏƏ naziri ilə elektrik stansiyalarının təməlini qoydu
Sənaye və energetika
04.06.2024 11:59
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian Power” sərgilərinin açılışında çıxış edib.
TodayPress-in məlumatına görə, Azərbaycan Prezidenti İlham Əliyev və Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl Cabir tədbir çərçivəsində Neftçala, Biləsuvar Günəş elektrik stansiyalarının və Abşeron-Qaradağ Külək Elektrik Stansiyasının təməlini qoyublar.
tag: İlham Əliyev, BƏƏ Nazir, Caspian Power,Caspian Oil&Gas,Xəzər Beynəlxalq Energetika, todaypress.az,