"Əsgəran" yarımstansiyasının tikintisinə başlanılır

Sənaye və energetika

26.05.2024 16:06

926

Xocalı rayonunda yerləşən Əsgəran yaşayış məntəqəsi ərazisində yeni 35 kV-luq "Əsgəran" yarımstansiyasının tikintisinə başlanılacaq. 

TodayPress xəbər verir ki, bununla bağlı “Azərişıq” ASC hazırlıqlara başlayıb.

Məlumata görə, tikinti işləri yekunlaşdıqdan sonra yarımstansiya şəbəkə ilə əlaqələndiriləcək. İşlərin ümumi dəyəri 4,864 milyon manat həcmində qiymətləndirilir.

tag: Energetika, İqtisadiyyat, todaypress.az,