Ərdoğan Azərbaycanla təbii qaz sahəsində əməkdaşlıq sazişini təsdiqlədi
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Türkiyə Respublikası Hökuməti ilə Azərbaycan Respublikası Hökuməti arasında təbii qaz sahəsində Əməkdaşlıq Sazişi”ni təsdiq edib.
TodayPress xəbər verir ki, bu barədə müvafiq qərar “Resmi Gazete”də dərc edilib.
Qeyd edək ki, 2024-cü il mayın 14-də İstanbul şəhərində “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında təbii qaz sahəsində Əməkdaşlıq Sazişi” imzalanıb.
tag: Ərdoğan,Türkiyə,Azərbaycan,Qaz,Saziş,Todaypress.az,