Dünya bazarlarında neft daha da ucuzlaşdı
Sənaye və energetika
12.11.2024 10:26
ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2025-ci ilin yanvar müqaviləsinin dəyəri 0,32% azalaraq 1 barelə görə 71,6 ABŞ dolları təşkil edib.
TodayPress-in məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin dekabr ayında ixrac etməklə WTI (“West Texas Intermediate”) markalı neftin 1 barelinin qiyməti də 0,37% azalaraq 1 barelə görə 67,79 ABŞ dolları olub.
tag: Dünya, Neft, ABŞ, Dollar, NYMEX, Əmtəə, todaypress.az,