“Brent” markalı neft ucuzlaşdı
Sənaye və energetika
27.01.2025 11:55
Dünya bazarında neft qiymətləri düşüb.
TodayPress xəbər verir ki, Londonun “ICE Futures” birjasında “Brent” markalı neftin mart fyuçerslərinin qiyməti 1 barel üçün 77,93 ABŞ dolları təşkil edib.
Bu da əvvəlki sessiyanın yekun qiymətindən 0,57 ABŞ dolları (0,73 %) azdır. Yanvarın 24-də bu müqavilələrin qiyməti 0,21 ABŞ dolları (0,3 %) artaraq 1 barel üçün 78,5 ABŞ dolları təşkil edib.
Nyu-York əmtəə birjasında isə “WTI” markalı neftin mart fyuçersləri 0,57 ABŞ dolları (0,76 %) ucuzlaşaraq 1 barel üçün 74,09 ABŞ dolları təşkil edib.
tag: Neft,Qiymət,Artım,Dollar,ABŞ,Todaypress.az,