BP və tərəfdaşları sosial layihələrə xərclərini 2 dəfə artırdı

Sənaye və energetika

01.05.2025 16:12

5

Bu ilin yanvar-mart aylarında BP şirkəti və onun əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları sosial investisiya layihələrinə Azərbaycanda 0,4 milyon ABŞ dollarından artıq vəsait xərcləyiblər. 

TodayPress xəbər verir ki, bu barədə “BP-Azerbaijan” şirkətinin əməliyyatçılar adından yaydığı məlumatda qeyd edilib. 

Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 0,2 milyon ABŞ dolları və ya 2 dəfə çoxdur. 

Rüb ərzində bu layihələrə hazırda davam edən 16 təhsil proqramı və yerli bacarıqların yaradılmasını və sahibkarlığın inkişafını dəstəkləyən 1 layihə daxildir. 

Bundan əlavə, BP ayrıca bir şirkət kimi öz adından Azərbaycanda sponsorluq etdiyi layihələrə birinci rübdə təxminən 0,2 milyon ABŞ dolları vəsait xərcləyib ki, bu, 2024-ci ilin eyni dövrü ilə müqayisədə 0,2 milyon ABŞ dolları və ya 2 dəfə azdır. 

Bunlara hazırda davam edən 13 təhsil təşəbbüsü, yerli bacarıqların yaradılmasını və sahibkarlığın inkişafını dəstəkləyən 1 layihə, ətraf mühit üzrə 5 təşəbbüs və müxtəlif mövzularda 3 konfrans və seminara dəstək, yəni ümumilikdə 22 layihə daxildir.

tag: BP,Azərbaycan,Xərclər,Artım,Todaypress.az,