Ballıcada evlərlə yanaşı, təhsil ocağı da mavi yanacaqla təmin edildi

Sənaye və energetika

03.04.2025 17:26

1834

Bura şəhər mərkəzindən 10.6 km məsafədə yerləşir. Kənd Ballıca çayının sol sahilində, Qarabağ silsiləsinin ətəyindədir. Adını ərazidəki eyniadlı çaydan alıb.

TodayPress xəbər verir ki, söhbət Xocalı rayonunun Ballıca kəndindən gedir.

Həmin o kənd ki, 1988-ci ildən etibarən baş verən erməni vandalizminin şahididir.

Bu gün Ballıcada həyat canlanır. Xocalı şəhidlərinin ruhu şaddır. 2023-cü ilin sentyabr ayında həyata keçirilən lokal xarakterli antiterror əməliyyatları nəticəsində Ballıca kəndi düşmən tapdağından azad olundu. 

İşğaldan azad olunan bir çox ərazilərdə olduğu kimi Xocalı rayonunun Ballıca kəndində də qaz təchizatının bərpası istiqamətində bir sıra işlər görülüb.

Belə ki, 130 fərdi yaşayış evi təbii qazla təchiz olunub, hal-hazırda 112 abonent fasiləsiz, dayanıqlı və keyfiyyətli şəkildə mavi yanacaqdan istifadə edir.

Bundan əlavə, Xocalı rayonunun Ballıca kənd tam orta məktəbinin qazanxanası da təbii qazla təmin olunub.

tag: Azəriqaz,Ballıca,Qarabağ,Qayıdış,Vətəndaş,Todaypress.az,