Bakının üç rayonunda qaz olmayacaq

Sənaye və energetika

07.03.2025 09:49

2848

Bu gün Bakının Xətai, Yasamal və Xəzər rayonlarının bəzi ərazilərin qaz təchizatında fasilə yaranacaq.

TodayPress bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə istinadən xəbər verir ki, Xətai rayonu, M. Hadi küçəsində qaz xəttinin mövcud şəbəkəyə qoşulması, Yasamal rayonu, İzmir küçəsində qaz xəttinin təhlükəsiz əraziyə köçürülməsi, Xəzər rayonu, “Türkan-1” QPS-də yeni quraşdırılmış tənzimləyici qovşaqların birləşmə işlərinin aparılması məqsədilə martın 7-də saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

Qaz təchizatı dayandırılan müddətdə Xətai rayonunun M.Hadi, S.Ə.Şirvani, Qaçaq Nəbi, Sarayevo, Yasamal rayonunun İzmir, Bakıxanov, 6-cı Nərimanov döngəsi yaşayış ərazilərinin, Xəzər rayonunun isə Türkan “Üzümçülük” və “Bağlar” yaşayış ərazilərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

tag: Qaz,Yanacaq,Fasilə,Xətai,Yasamal,Xəzər,Todaypress.az,