Bakıdan Londona yaşıl enerji gündəmi

Sənaye və energetika

02.05.2025 10:58

21

Böyük Britaniyanın Azərbaycandakı Səfirliyi ölkənin energetika naziri Pərviz Şahbazov və onu müşayiət edən nümayəndə heyətini Böyük Britaniyada yerləşən, innovativ texnologiyalara əsaslanan "Richborough Enerji Parkı"nda qəbul edib. 

TodayPress xəbər verir ki, bu barədə Səfirlikdən məlumat verilib.  Bildirilib ki, bu müəssisə Birləşmiş Krallıqda fəaliyyət göstərən "Pacific Green" şirkəti tərəfindən idarə olunur və qabaqcıl enerji saxlama texnologiyaları ilə seçilir.

Səfər çərçivəsində qonaqlara Böyük Britaniyanı Belçika üzərindən Avropa enerji şəbəkəsinə birləşdirən beynəlxalq enerji interkonnektoru və genişmiqyaslı batareya saxlama sistemləri təqdim olunub.

Bu texnologiyalar enerji təhlükəsizliyi və davamlı enerji təchizatında mühüm rol oynayır. Səfər zamanı "Xlinks" şirkəti ilə yaşıl enerji ixracı və qitələrarası enerji bağlantıları, o cümlədən Birləşmiş Krallıq-Mərakeş Enerji Layihəsi ətrafında geniş müzakirələr aparılıb.

Görüşlərdə Azərbaycanın planlaşdırdığı "yaşıl enerji dəhlizləri" və bu sahədə gələcək əməkdaşlıq perspektivləri də gündəmə gətirilib. Hər iki tərəf davamlı enerji tərəfdaşlığının gücləndirilməsi istiqamətində mühüm addımların atıldığını bildirib.

Töhfə Səməd

tag: Bakı,London,Səfirlik,Yaşıl enerji,Todaypress.az,

photo