“Azeri Light”ın qiyməti 79 dollara düşdü
Sənaye və energetika
04.06.2024 10:28
Dünya
bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti
3,5 ABŞ dolları, yaxud 4,23 % azalaraq 79,25 ABŞ dolları təşkil edib.
Hərracların
nəticələrinə görə, “Brent” markalı neftin avqust fyuçerslərinin qiyməti 77,76
ABŞ dolları təşkil edib.
Azərbaycanın
builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 ABŞ dollarından
hesablanıb.
Xatırladaq
ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də
(15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ
dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən "Azəri-Çıraq-Günəşli”
(AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir.
Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 25 %-dir.
tag: Azeri Light, Neft, Azərbaycan, Neft Şirkəti, todaypress.az,